Dünya

Avropa İttifaqı Ukraynanın 2027-ci ildə təşkilata üzvlüyünü istisna edib

02 Oct 2026, 17:06 1 baxış
Avropa İttifaqı Ukraynanın 2027-ci ildə təşkilata üzvlüyünü istisna edib
"Ukraynanın 2027-ci ildə Avropa İttifaqına qəbul edilməsi gözlənilmir. Həmçinin rəsmi Kiyevə siyasi birliyə inteqrasiya prosesində heç bir xüsusi imtiyaz və ya güzəştlər verilməyəcək". Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos "Corriere" qəzetinə verdiyi müsahibədə bildirib. "1 yanvar 2027-ci il tarixini Ukrayna lideri Volodimir Zelenski irəli sürüb. Lakin təşkilata qəbul ləyaqət və nailiyyətlər prinsipinə əsaslandığı üçün bu müddətin real olmadığı açıq-aydındır. Kiyevin və digər tərəflərin Aİ-yə üzvlüyü təhlükəsizlik təminatı kimi dəyərləndirdiklərini anlayıram", - deyə Kos qeyd edib. Onun sözlərinə əsasən, Ukraynada baş verən toqquşmalar Avropanın geosiyasi mənzərəsinə təsir göstərib və bəzi dövlətlərin Avropaya inteqrasiya istəyini artırıb. Bununla belə, o, üzvlük proseduru çərçivəsində heç bir ölkəyə əlavə üstünlüklərin tanınmayacağını diqqətə çatdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər