Dünya

Məhkəmədən Serj Sarqsyanla bağlı qərar

02 Oct 2026, 16:48 3 baxış
Məhkəmədən Serj Sarqsyanla bağlı qərar
Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkənin sabiq prezidenti Serj Sarqsyanın barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbirini ləğv edib. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumatlar yayılıb. Eyni zamanda, məhkəmə instansiyası müdafiə tərəfinin cinayət təqibinin dayandırılması ilə bağlı verdiyi vəsatəti təmin etməyib. Sarqsyanın vəkilləri ötən məhkəmə prosesində işə xitam verilməsini tələb etmişdilər. Vəkil Amram Makinyan Konstitusiyanın eyni əmələ görə şəxsin təkrarən məsuliyyətə cəlb edilməsini qadağan edən 68-ci maddəsini əsas gətirmişdi. Bu qaydadan istisna yalnız işin yekununa təsir göstərə biləcək fundamental pozuntuların və ya yeni açılmış halların mövcudluğu zamanı tətbiq oluna bilər. Məhkəmə ittihamın diqqət çəkdiyi bir məqamı vurğulayıb ki, Müdafiə Nazirliyi əvvəlki məhkəmə prosesi ilə bağlı məlumatlandırılmayıb və bu səbəbdən də qəbul olunmuş qərara etiraz edə bilməyib. Qurum vəziyyətdən xəbərdar olduqdan sonra şikayət ərizəsi təqdim edib. Makinyan isə etiraz edərək bildirib ki, sözügedən cinayət işində Müdafiə Nazirliyinin hər hansı bir prosessual statusu mövcud olmayıb. Məhkəmə isə öz növbəsində bildirib ki, hazırkı inkişaf mərhələsində nazirliyin prosessual statusu müzakirə obyekti deyil. Lakin məhkəmənin gəldiyi qənaətə görə, prokurorluq sırf yeni hal kimi deyil, Müdafiə Nazirliyinin həmin işdə hüquqi maraqlarının olmasına əsaslanır. Qeyd edək ki, Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan barəsində Gümrü şəhərində yerləşən "Sev Berd" ("Qara qala") qalasının özgəninkiləşdirilməsi iddiası üzrə başlanmış cinayət işi onun 2000-2007-ci illərdə müdafiə naziri vəzifəsini tutduğu dövrü əhatə edir. Hazırda Sarqsyan vəzifə səlahiyyətlərindən, eləcə də vəzifənin verdiyi nüfuzdan sui-istifadə etməkdə və ya ehtiyatsızlıq üzündən digər ağır nəticələrə gətirib çıxaran səlahiyyət həddini aşmaqda günahlandırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər