Dünya

Nepalda qar uçqunu: Himalay dağlarında 15 nəfərin meyiti tapıldı

02 Oct 2026, 15:38 3 baxış
Nepalda qar uçqunu: Himalay dağlarında 15 nəfərin meyiti tapıldı
Himalay dağlarında, Himlunq-Himal zirvəsi (7 126 m) yaxınlığındakı baza düşərgəsində (4 900 m) sentyabrın 27-də baş vermiş qar uçqunu nəticəsində həyatını itirən 15 nəfərin meyiti axtarış qrupları tərəfindən tapılıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Himalayan Times" nəşri məlumat yayıb. Məlumatda daha bir nəfərin itkin düşdüyü bildirilir. Təbii fəlakətdən sonra xilasedicilər düşərgə ərazisində sağ qalan 10 nəfəri helikopterlər vasitəsilə təxliyə ediblər. Axtarış qrupunun rəhbəri Pasanq Kadi bildirib ki, əməliyyatlar "son dərəcə mürəkkəb və ağır şəraitdə" davam etdirilir. Qeyd edək ki, təxminən iki həftə öncə 20-dən çox nepallı dağ bələdçisi alpinizm mövsümünə hazırlaşmaq məqsədilə Katmandudan bu düşərgəyə gəlmişdi. Həmin şəxslər alpinistlər üçün marşrutlar müəyyənləşdirir və düşərgəni qaydaya salırmışlar. Lakin bazar günü səhər saatlarında onlarla rabitə tamamilə kəsilib. Faciənin Benqal körfəzindən gələn siklonun yaratdığı anomal hava şəraiti səbəbindən baş verdiyi güman olunur. Dağın aid olduğu Mananq dairəsi administrasiyasının açıqlamasına əsasən, ötən həftəsonu ərazidə daşqın və torpaq sürüşmələrinə gətirib çıxaran şiddətli qar və leysan yağıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər