Cəmiyyət

Suraxanıda hasar mübahisəsi: Sahibkar, yoxsa icra hakimiyyəti haqlıdır? - Video

02 Oct 2026, 18:02 2 baxış
Suraxanıda hasar mübahisəsi: Sahibkar, yoxsa icra hakimiyyəti haqlıdır? - Video
Bakı şəhərinin Suraxanı rayonu ərazisində fəaliyyət göstərən sahibkar ərazinin qanunsuz hasarlanmasından şikayətçidir. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət ünvanlanıb. Vətəndaş iddia edib ki, rayonun Mehmandarov 51 ünvanında fəaliyyət göstərən avtomobillərin texniki xidmət məntəqəsinin qarşısında olan qeyri-yaşayış ərazisinə qanunsuz hasar çəkilir.

"Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları heç bir əsas olmadan ərazini qanunsuz olaraq hasarlayırlar. Onlardan sənəd tələb etsək də, bizə təqdim olunmur. Biz ərazinin sənədləşməsi ilə bağlı müvafiq addımları atmışıq və müəyyən mərhələlərdən keçmişik. Çıxarışı almaq üçün zaman lazımdır, amma buna məhəl qoyulmur", - deyə şikayətçi bildirib. Oxu.Az-ın sorğusuna cavab olaraq Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə fəaliyyət göstərən qeyri-yaşayış obyektləri tərəfindən dövlət mülkiyyətində olan torpaq sahəsinə kənardan torpaq gətirilərək yamacın doldurulduğu və əlavə torpaq sahəsinin zəbt edildiyi müəyyən olunub:

"Bu cür halların qarşısını almaq məqsədilə həmin ərazidə mühafizə hasarı çəkilir. Nəzərinizə çatdırırıq ki, sonradan torpaqla doldurulmuş həmin sahədə bir neçə dəfə avtomobillərin batması halları da baş verib", - deyə məlumatda vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər