Dünya

Tabeliyindəki qadınla eşq macərası yaşayan admiral rütbəsini və cəngavər titulunu itirdi

02 Oct 2026, 15:54 4 baxış
Tabeliyindəki qadınla eşq macərası yaşayan admiral rütbəsini və cəngavər titulunu itirdi
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı tabeliyindəki qadınla eşq macərasına görə vəzifəsindən kənarlaşdırılan Ben Ki cəngavər titulundan məhrum edilib. Oxu.Az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. Məlumata görə, Ki admiral rütbəsini də itirib, lakin onun təqaüdü saxlanılıb. Qeyd edək ki, adının önünə "ser" prefiksini əlavə etmək hüququ verən cəngavər titulu sabiq komandana 2021-ci ildə Britaniya Silahlı Qüvvələrindəki xidmətlərinə görə verilmişdi. 61 yaşlı sabiq komandan bu qərarla razılaşaraq, baş verənlərə və hərəkətlərinin başqalarına göstərdiyi təsirə görə dərin təəssüf hissi keçirdiyini bir daha bəyan edib. Vəzifəsindən kənarlaşdırılan admiral evlidir və üç övladı var. Kinin münasibətdə olduğu qadın zabit birbaşa ona tabe olmayıb və əlaqələr qarşılıqlı razılıq əsasında yaranıbmış. Lakin birinci dəniz lordu rütbəsini daşıyan admiral bütün HDQ şəxsi heyətinə cavabdeh olub. O, son 500 il ərzində qeyri-məqbul davranış faktı üzrə barəsində araşdırma aparılan ilk dəniz lordu olaraq tarixə düşüb. Onun vəzifəsinə isə general Qvin Cenkins təyin edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər