Dünya

Tacikistan-Əfqanıstan sərhədində silahlı toqquşma: Ölənlər var

25 Dec 2025, 11:18 1 baxış
Tacikistan-Əfqanıstan sərhədində silahlı toqquşma: Ölənlər var
Əfqanıstandan Tacikistana keçən terrorçularla tacik sərhədçilər arasında silahlı toqquşma olub. Oxu.Az xəbər verir ki, Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin bəyanatında belə deyilir. Tacikistanın Əfqanıstanla sərhədindəki Xatlon vilayətinin Şəmsiddin Şoxin rayonunda sərhədi qanunsuz keçən terror təşkilatının üç üzvü silahlı müqavimət göstərərkən zərərsizləşdirilib. İki tacik sərhədçi həlak olub. Terrorçuların məhv edilməsindən sonra Tacikistan-Əfqanıstan sərhədində vəziyyətin sabitləşdiyi bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər