Dünya

Ermənistan XİN Tramp marşrutunun tikintisinin dəqiq başlama tarixini açıqladı

25 Dec 2025, 09:42 1 baxış
Ermənistan XİN Tramp marşrutunun tikintisinin dəqiq başlama tarixini açıqladı
Tramp marşrutu layihəsinin (TRIPP) praktiki reallaşma mərhələsi, o cümlədən tikinti işlərinin başlanması 2026-cı ilə planlaşdırılır. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) yerli mətbuata məlumat verilib. XİN Ermənistanın "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üçün hüquqi çərçivə və tənzimləyici mexanizmlərin hazırlanması məqsədilə ABŞ-li tərəfdaşları ilə intensiv danışıqlar apardığını açıqlayıb. Bildirilib ki, Ermənistan-ABŞ birgə müəssisəsi olan "TRIPP Company" bu ölkədə qeydiyyatdan keçəcək və dəmir yolu, avtomobil yolları, neft və qaz boru kəmərləri, fiber-optik rabitə xətləri də daxil olmaqla zəruri infrastrukturu inkişaf etdirmək hüququ əldə edəcək: "Layihə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) və Fars Körfəzi - Qara Dəniz beynəlxalq nəqliyyat dəhlizi daxil olmaqla, regional əlaqələrin inkişafına yönəlmiş iri infrastruktur proqramlarının məntiqi çərçivəsinə tamamilə uyğundur". Xatırladaq ki, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti ilə Vaşinqtonda görüşünün yekununda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair razılaşdırılmış mətn üzrə paraflanması haqqında bəyanat qəbul edilib. İrəvan, həmçinin "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu"nun yaradılması üçün ABŞ və üçüncü tərəflərlə əməkdaşlıq etməyə razılıq verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər