Dünya

Vaşinqtonda siçovulların unitazlardan çıxaraq insanlara hücum halları artıb: Əhaliyə xəbərdarlıq edildi

25 Dec 2025, 05:02 1 baxış
Vaşinqtonda siçovulların unitazlardan çıxaraq insanlara hücum halları artıb: Əhaliyə xəbərdarlıq edildi
ABŞ-nin Vaşinqton ştatının Səhiyyə Departamenti sakinləri siçovulların hücumlarının artması barədə xəbərdar edib. Oxu.Az bu barədə The Guardian" nəşrinə istinadən xəbər verir. Bildirilir ki, siçovullar kanalizasiya vasitəsilə evlərə girərək unitazlardan sıçrayıb çıxırlar. Qeyd edilir ki, siçovulların sayının artmasına güclü daşqınlar səbəb olub. Məmurlar xəbərdarlıq edirlər ki, bu heyvanlar çox yaxşı üzgüçüdürlər və nəfəsi uzun müddət saxlaya bilirlər. Məhz buna görə də kanalizasiya vasitəsilə asanlıqla evlərə daxil olurlar. Hakimiyyət orqanları gəmirici ilə rastlaşdıqda sakitliyi qorumağı tövsiyə edirlər ki, unitaza qabyuma mayesi və ya paltaryuma geli töküb suyu çəkmək lazımdır. Əgər heyvan iri ölçülüdürsə, unitazın qapağını bağlayıb zərərvericilərlə mübarizə xidməti çağırmaq məsləhətdir. Həkimlər bildirirlər ki, əgər siçovul dişləyibsə, dərhal tibbi yardıma müraciət etmək gərəkdir. Çünki bu heyvanlar təhlükəli xəstəliklərin, o cümlədən quduzluğun daşıyıcılarıdır və bu xəstəlikdə ölüm faizi 100% təşkil edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər