Dünya

Tarixdə ilk dəfə olaraq Aİ-dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dec 2025, 01:12 1 baxış
Tarixdə ilk dəfə olaraq Aİ-dən Rusiyaya mal idxalı ixracı üstələyib
Tarixdə ilk dəfə olaraq Avropa mallarının Rusiyaya idxalı Rusiyanın Avropa İttifaqına (Aİ) ixracını üstələyib. 2025-ci ilin ilk doqquz ayı üzrə Rusiyanın ticarət balansında 0.5 milyard avro məbləğində mənfi saldo yaranıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Aİ-nin statistika idarəsi (Avrostat) yayıb. Avrostatın məlumatına görə, göstərilən dövrdə Rusiyanın Aİ-yə ixrac etdiyi məhsulların həcmi 21.7 milyard avro, Aİ ölkələrindən Rusiyaya idxal olunan malların həcmi isə 22.2 milyard avro təşkil edib. Ümumilikdə, Avrostatın məlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında Aİ ilə Rusiya arasında ticarət dövriyyəsi 43.9 milyard avro olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12.9% azdır. Rusiya əsasən Aİ-yə yanacaq-enerji məhsulları satır, Aİ-dən isə müxtəlif kimyəvi preparatlar alır.
Mənbə oxu.az

Oxşar Xəbərlər