Dünya
"Vinni-Pux"un 100 yaşı tamam oldu
Milad gecəsi dünyanın ən məşhur uşaq personajlarından birinin 100 illiyi tamam olub. Oxu.Az BBC-yə istinadən xəbər verir ki, sevimli ayı balası haqqında ilk hekayə 1925-ci ildə "London Evening News" qəzetində dərc olunub. Əsərin müəllifi Alan Aleksandr Miln olub. Hekayədə Milnin oğlu Kristofer Robin və onun oyuncaqlarının əhvalatları təsvir edilib. "Vinni-Pux" tez bir zamanda dünya miqyasında sevilməyə başlayıb. Bu il onun yubileyini qeyd etmək üçün dövlət büdcəsindən 450 000 funt sterlinq (təxminən 607 300 dollar - red.) ayrılıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az