Dünya

BMW avtomobillərinin ən etibarlı modellərinin reytinqi açıqlanıb

24 Dec 2025, 20:12 1 baxış
BMW avtomobillərinin ən etibarlı modellərinin reytinqi açıqlanıb
BMW avtomobillərinin ən etibarlı modellərinin reytinqi açıqlanıb. Oxu.Az-ın xəbərinə görə, reytinqi "TopSpeed" ​​​​portalı tərtib edib. Siyahıya 1973-cü ildən 1981-ci ilə qədər istehsal olunmuş E12 kuzovlu "BMW 5-Series" başçılıq edir. Etibarlılığa görə ikinci yerdə 1982-ci ildən 1985-ci ilə qədər istehsal olunmuş E28 kuzovlu "BMW 5-Series" qərarlaşıb. İlk üçlüyü 1988-ci ildən 1991-ci ilə qədər istehsal olunmuş E30 kuzovlu "BMW 3-Series" tamamlayır. Ən etibarlı yeddi BMW avtomobili sırasında, həmçinin 1994-cü il istehsalı "BMW 3-Series", 1999-cu ilin "BMW 3-Series" (E46), 2003-cü ilin "BMW Z4" (E85), 2008-ci ilin "BMW 1-Series" (128i), 2016-cı il istehsalı "BMW 3-Series" (F30), 2016-cı ilin "BMW X5" (F15) və 2020-ci il istehsalı "BMW 3-Series" (G20) yer alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər