Dünya
bp "Castrol"u altı milyard dollara satır
Böyük Britaniyanın bp neft-qaz şirkəti ona məxsus avtomobil yağları və digər sürtkü materialları istehsal edən "Castrol" brendindəki nəzarət paketini (65%) investisiya şirkəti "Stonepeak"ə satır. bp-nin payında isə 35% qalır. Oxu.Az bu barədə bp-nin saytına istinadən xəbər verir. Sövdələşmənin məbləği altı milyard dollar təşkil edib. Borclar nəzərə alınmaqla, "Castrol" brendinin ümumi dəyəri 10.1 milyard dollar olaraq qiymətləndirilir. "Castrol"un satışı bp-nin restrukturizasiya proqramının bir hissəsidir. Bu proqram çərçivəsində şirkət təxminən 20 milyard dollar dəyərində aktiv satmağı planlaşdırır. bp sövdələşmədən əldə edilən vəsaiti borclarının ödənilməsinə yönəltməyi nəzərdə tutur. Qeyd olunur ki, ötən rübün sonunda şirkətin borcu 26 milyard dollardan artıq olub.
Mənbə
oxu.az