Digər
Putin Şeybani və Kəsranı qəbul etdi
Rusiya Prezidenti Vladimir Putin Suriya xarici işlər naziri Əsəd əş-Şeybani və müdafiə naziri general-mayor Murhaf Əbu Kəsrayla Moskvada görüşüb.
Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
“Danışıqlar zamanı tərəflər Dəməşq və Moskva ilə qarşılıqlı maraq doğuran müxtəlif siyasi, hərbi və iqtisadi məsələləri müzakirə ediblər.
Müzakirələrdə əsas diqqət Suriyanın milli müdafiə sisteminin təkmilləşdirilməsinə töhfə vermək, Suriyada və regionda təhlükəsizlik və sabitliyin dəstəklənməsinə yönəlib”, - məlumatda bildirilib.
Mənbə
axar.az