Digər
Paşinyan Türkiyədə səfərdədir
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.
Axar.az xəbər verir ki, bu barədə baş nazir öz Telegram kanalında bildirib.
Paşinyan Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edəcək.
Səfər zamanı baş nazirin xarici tərəfdaşlarla ikitərəfli görüşləri də planlaşdırılır.
Qeyd edək ki, Paşinyan Fransaya işgüzar səfərindən sonra Türkiyəyə yola düşüb.
Mənbə
axar.az