Digər

Sadəddin Sarandan narkotik istifadəsi bağlı açıqlama

24 Dec 2025, 14:24 1 baxış
Sadəddin Sarandan narkotik istifadəsi bağlı açıqlama

Xəbər verdiyimiz kimi, “Fənərbağça” klubunun prezidenti Sadəddin Saranın “kokain təyini” testi pozitiv çıxıb.


Axar.az xəbər verir ki, bu barədə “Fənərbağça” klubunun prezidenti Sadəddin Saran açıqlama yayıb.


“İlk növbədə, açıq və birmənalı şəkildə bildirmək istəyirəm ki, Məhkəmə Tibb İnstitutunun test nəticələrində müsbət çıxdığı iddia edilən maddədən heç vaxt istifadə etməmişəm. İstifadəsi bir yana, sözügedən maddəni ömrümdə görməmişəm.


Bu iddialar şəxsən məni hədəf almaq, reputasiyama və şəxsi hüquqlarıma xələl gətirmək, həmçinin təmsil etdiyim qurumları sarsıtmaq məqsədi daşıyan açıq-aşkar qarayaxma kampaniyasıdır.


Mən də açıq şəkildə bildirmək istərdim ki, dərhal və tərəddüd etmədən bütün nümunələri yenidən təqdim etməyə hazıram.


Bundan əlavə, bütün müvafiq testlər mümkün qədər tez beynəlxalq ixtisaslı müstəqil sınaq təşkilatlarında aparılacaq və nəticələr ictimaiyyətə açıqlanacaqdır.


Tam əminəm ki, həqiqət gec-tez üzə çıxacaq. Prosesin ədalətli və şəffaf şəkildə, qanunun aliliyi çərçivəsində yekunlaşacağına inanıram”, - açıqlamada bildirilib.

Mənbə axar.az

Oxşar Xəbərlər