Dünya

Tailand və Kamboca arasında atəşkəsə dair yüksəksəviyyəli müzakirələr olacaq

24 Dec 2025, 13:28 1 baxış
Tailand və Kamboca arasında atəşkəsə dair yüksəksəviyyəli müzakirələr olacaq
Tailand və Kamboca arasında baş verən münaqişədə atəşkəsin təmin edilməsi üçün dekabrın 27-də birgə Baş Sərhəd Komitəsi çərçivəsində yüksəksəviyyəli müzakirələr keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyi məlumat yayıb. "Dekabrın 24-dən 26-dək tərəflər ilkin danışıqlar aparacaq. Yüksəksəviyyəli müzakirələr dekabrın 27-də keçiriləcək. Bu, komitənin bütün iclasları üçün standart formatdır", - deyə məlumatda bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər