Dünya

Ağ Ev Milad ərəfəsində qanunsuz miqrantlara həsr olunmuş verilişə başlayıb

24 Dec 2025, 13:44 1 baxış
Ağ Ev Milad ərəfəsində qanunsuz miqrantlara həsr olunmuş verilişə başlayıb
Milad ərəfəsində Ağ Ev yeni animasiyadan ibarət yayıma başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin "X" sosial şəbəkə hesabında məlumat yayılıb. Animasiyada ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantların adlarının sadalandığı "Yaramazlar siyahısı"nı oxuyur. "Şaxta babanın yaramaz uşaqlarının siyahısı... Küncə qoymaq olmayacaq. Yalnız deportasiya", - deyə Ağ Ev videopaylaşıma bu sözləri də əlavə edib. Animasiya səkkiz saatdan artıqdır ki, davam edir. Süni intellektlə yaradılan videoda D.Tramp əlində siyahı ilə Milad ağacının və sobanın qarşısında oturub.
Mənbə oxu.az

Oxşar Xəbərlər