Dünya
Papa XIV Leo Milad ərəfəsində dünyada atəşkəsə çağırış etdi
Papa XIV Leo Milad ərəfəsində dünya miqyasında atəşkəsə çağırış edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib. "Mən bir daha bütün xoşməramlı insanları sülh gününə hörmət etməyə çağırıram - heç olmasa Xilaskarımızın doğum bayramında", - deyə pontifik bildirib. Vatikan rəhbəri Rusiyanın atəşkəs tələbini rədd etdiyini irəli sürüb. O ümid etdiyini bildirib ki, dünyada heç olmasa 24 saat ərzində sülh hökm sürəcək.
Mənbə
oxu.az