Dünya

Trampa qarşı mənfi köklənən telekanalların lisenziyaları ləğv edilə bilər

24 Dec 2025, 12:24 1 baxış
Trampa qarşı mənfi köklənən telekanalların lisenziyaları ləğv edilə bilər
ABŞ Prezidenti Donald Tramp ölkəsinin bir neçə telekanalını kəskin tənqid edib. O, nəzərə çatdırıb ki, bu telekanalların xəbər və əyləncə proqramları ona və Respublikaçılar Partiyasına qarşı münasibətdə ancaq mənfi xarakter daşıyır. Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp "Truth Social" hesabında yazıb: "Əgər telekanalların xəbər buraxılışları və axşam şouları Prezident Donald Trampa, MAGA hərəkatına ("Make America Great Again") və Respublikaçılar Partiyasına qarşı demək olar ki, 100 faiz mənfi köklənibsə, o zaman onların son dərəcə dəyərli yayım lisenziyaları ləğv edilməli deyilmi? Mən "bəli" deyərdim!" Tramp həmçinin CBS, ABC və NBC telekanallarında axşam əyləncə proqramlarının aparıcılarını da tənqid edib: "Onları istedad çatışmazlığı, yüksək maaşlar və son dərəcə aşağı reytinqlər birləşdirir".
Mənbə oxu.az

Oxşar Xəbərlər