Dünya

Son 10 ilin ən çox geomaqnit qasırğası qeydə alınıb

24 Dec 2025, 12:56 1 baxış
Son 10 ilin ən çox geomaqnit qasırğası qeydə alınıb
Bu il geomaqnit qasırğalarının olduğu günlərin sayı 10 illik maksimumu keçib. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb. Qeyd olunub ki, 2025-ci ildə 164 belə hal müşahidə olunub. 2005-ci ildə 169 gün geomaqnit qasırğası qeydə alınıb ki, indiki göstəricilər 20 illik maksimuma çatmağa yaxındır. Alimlərin fikrincə, belə halların artması Günəşdəki çoxlu sayda koronal dəliklə bağlıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər