Dünya

ABŞ Avropa İttifaqının keçmiş komissarına qarşı sanksiyalar tətbiq etdi

24 Dec 2025, 11:36 1 baxış
ABŞ Avropa İttifaqının keçmiş komissarına qarşı sanksiyalar tətbiq etdi
ABŞ Avropa İttifaqının (Aİ) keçmiş komissarı Terri Bretona və daha dörd nəfərə viza sanksiyaları tətbiq edib. Oxu.Az xəbər verir ki, məlumatı "Bloomberg" yayıb. Komissar ABŞ texnoloji şirkətlərini platformalarında siyasi senzuraya məcbur etmək cəhdlərinə görə ittiham olunur. Ölkənin dövlət katibi Marko Rubio sosial şəbəkə hesabında yazıb: "Tramp administrasiyası bu dəhşətli eksterritorial senzura aktlarına daha dözmək niyyətində deyil". O, Aİ-nin bu məsələ ilə bağlı mövqeyini dəyişməyəcəyi təqdirdə ABŞ rəsmilərinin siyahını genişləndirməyə hazır olduqlarını vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər