Dünya

Rusiyada amansızlıqla öldürülən oğlanın evi Tacikistanda ziyarət yerinə çevrildi

24 Dec 2025, 08:16 1 baxış
Rusiyada amansızlıqla öldürülən oğlanın evi Tacikistanda ziyarət yerinə çevrildi
Odintsovoda (Rusiya) amansızlıqla öldürülən oğlanın doğulub-yaşadığı evi dəfn mərasimindən sonra da açıq qalır. Oxu.Az xəbər verir ki, bu barədə Tacikistan mediası məlumat yayıb. Yüzlərlə insan 10 yaşlı Kobildjon Əliyevin xatirəsini yad etmək üçün Şahrinav rayonunun Əcəm kəndinə baş çəkməyə davam edir. Daha əvvəl bildirildiyi kimi, Moskva yaxınlığındakı məktəbdə törədilən qətldən sonra Kobildjonun cəsədi valideynlərinin yaşadığı Tacikistana aparılıb. Məktəbli bir neçə il əvvəl dünyasını dəyişmiş atasının yanında dəfn edilib. Dəfn mərasimi gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində baş tutub. Uşağın yaxınları faciəli hadisələrdən sonra yeni ev alsalar da, köhnə mənzillərinin qapısını bağlamayıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər