Digər
Bakıda ADEX və "Securex Caspian" beynəlxalq sərgiləri yekunlaşıb
Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX) və 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ("Securex Caspian") başa çatıb. Oxu.Az-ın məlumatına görə, sərgilər çərçivəsində müdafiə sənayesi sahəsində müasir silah sistemləri, zirehli texnikalar, pilotsuz uçuş aparatları və kibertəhlükəsizlik avadanlıqları nümayiş etdirilib. Hər iki sərgidə ümumilikdə 52 ölkədən 277 şirkət təmsil olunub və 58 xarici şirkətin nümayəndə heyəti iştirak edib. İştirakçılar müxtəlif ölkələrin hərbi-texniki potensialını əks etdirən stendlərlə çıxış ediblər. Sərgi müddətində nümayəndə heyətləri və şirkət rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib, hərbi-texniki sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
Mənbə
oxu.az