Digər

ABB səhmdarlarının ümumi yığıncağı keçirilib

02 Oct 2026, 16:54 2 baxış
ABB səhmdarlarının ümumi yığıncağı keçirilib
30 sentyabr 2026-cı il tarixində "Azərbaycan Beynəlxalq Bankı" (ABB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. ABB ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən, səsvermə qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilib. Səsvermə nəticəsində Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Mehman oğlu Kərimov üç il müddətinə ABB ASC-nin Müşahidə Şurasının üzvü seçilib. Habelə ABB ASC-nin Nizamnaməsinə və ABB ASC-nin Müşahidə Şurası haqqında Əsasnamə"yə dəyişiklik edilməsi barədə qərarlar qəbul olunub. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, "937" nömrəli məlumat mərkəzindən, həmçinin bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər