Dünya

Çexiyanın baş naziri əməliyyat olundu

24 Dec 2025, 00:18 1 baxış
Çexiyanın baş naziri əməliyyat olundu
Çexiyanın Baş naziri Andrey Babiş çərşənbə axşamı Praqa xəstəxanasında üz əməliyyatı keçirib. Oxu.Az xəbər verir ki, bu barədə Çexiyanın "Blesk" tabloidi məlumat yayıb. Babişin partiyası olan ANO-nun sözçüsü Martin Vodiçka baş nazirin "kiçik ambulator üz əməliyyatı" üçün xəstəxanada olduğunu bildirib. Onun sözlərinə görə, hökumət başçısı artıq işə qayıdıb. Vodiçkanın sözçüsünün sözlərinə görə, 71 yaşlı Babişin üzündən profilaktik histoloji müayinə üçün toxuma nümunəsi götürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər