Dünya

Qreta Tunberq Londonda saxlanıldı

24 Dec 2025, 00:24 1 baxış
Qreta Tunberq Londonda saxlanıldı
İsveçli fəal Qreta Tunberq Londonda İsrailə silah satışına qarşı keçirilən etiraz aksiyası zamanı saxlanılıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Fələstin üçün Məhbuslar" hərəkatının bəyanatında deyilir. Qeyd olunub ki, Tunberq İsrailin müdafiə şirkəti "Elbit"ə xidmət göstərən "Aspen Insurance" şirkətinin ofisi qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılıb. Təşkilat bildirib ki, fəal Böyük Britaniyada qadağan olunmuş Fələstin hərəkatını dəstəkləyən şüar yazılmış plakat nümayiş etdirdiyinə görə "Terrorizmə Qarşı Mübarizə Qanunu" çərçivəsində saxlanılıb.

{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər