Dünya

Liviya Baş Qərargah rəisini daşıyan təyyarənin qalıqları Ankara yaxınlığında tapıldı

23 Dec 2025, 23:52 1 baxış
Liviya Baş Qərargah rəisini daşıyan təyyarənin qalıqları Ankara yaxınlığında tapıldı
Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və onu müşayiət edən şəxsləri daşıyan təyyarənin qalıqları Ankara yaxınlığında aşkar edilib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, qəzaya uğrayan "Falcon 50" tipli təyyarədə ümumilikdə beş sərnişin olub. İlkin ehtimallara görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Ankaranın Esenboğa hava limanından qalxan "Falcon 50" tipli şəxsi biznes təyyarəsi ilə radar əlaqəsi kəsilib. Oxu.Az "Haber Global"a istinadən məlumat verir ki, hava limanı yaxınlığında partlayış səsi eşidildiyi barədə xəbərlər yayılıb. Təyyarədə rəsmi danışıqlar üçün Türkiyədə olan Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadın olduğu bildirilib. O bu gün Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun dəvəti ilə Ankaraya gələrək danışıqlar aparıb. Şəxsi təyyarənin Maltada yerləşən "Harmony Jets" şirkətinə məxsus olduğu deyilir. Fransa istehsalı olan təyyarənin təxminən 6,5 saat havada qala biləcəyi məlumdur. Hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlama verib. Onun sözlərinə görə, Esenboğa hava limanından Tripoliyə gedən 9H-DFJ nömrəli "Falcon 50" biznes təyyarəsi ilə əlaqə kəsilib. Təyyarə təcili eniş tələb etsə də, tezliklə radarlardan itib. Təyyarədə Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd Əl-Həddad da daxil olmaqla beş sərnişin olub.

{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər