Digər

Tramp türk liderləri G20 sammitinə dəvət etdi

23 Dec 2025, 19:40 1 baxış
Tramp türk liderləri G20 sammitinə dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan və Özbəkistanın 2026-cı ildə Florida ştatının Mayami şəhərində keçiriləcək İyirmilik Qrupunun (G20) zirvə toplantısına qonaq qismində dəvət olunacağını açıqlayıb.


Axar.az xəbər verir ki, bu barədə Tramp “Truth Social”da məlumat paylaşıb.


O, ABŞ-ın bu iki ölkə ilə münasibətlərinin əla olduğunu qeyd edib.


"Amerika Birləşmiş Ştatları gələn il G20 zirvə toplantısına ev sahibliyi edəcək və hər iki lideri Mayamidəki bu mühüm tədbirdə qonaq qismində bizə qoşulmağa dəvət edəcəyik", - deyə Tramp bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər