Dünya

ABŞ-də yoxa çıxan triatlonçunu köpəkbalıqları parçalayıb

23 Dec 2025, 15:26 1 baxış
ABŞ-də yoxa çıxan triatlonçunu köpəkbalıqları parçalayıb
ABŞ-nin Monterrey körfəzində üzdükdən sonra yoxa çıxan ABŞ-li triatlonçu qadın Erika Foksun köpəkbalıqlarının hücumuna məruz qaldığı məlum olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə "NY Post" nəşri məlumat verib. Məlumata görə, idmançı qadın üzgüçülük iştirakçıları arasında sahilə vaxtında çata bilməyən yeganə şəxs olub. Hüquq-mühafizə orqanları tərəfindən təşkil olunan Foksun axtarışı ilə bağlı işlər 15 saatdan çox davam edib və nəticədə dayandırılıb, 84 kvadrat dəniz milindən çox ərazi yoxlanılıb. "Sahil mühafizəsi bu faciəli hadisə qurbanının ailəsinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı verir", - deyə axtarışda iştirak edən sahil mühafizəsi kapitanı Cordan Baldueza bildirib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər