Dünya

Çin Zelenskinin sanksiya hədələrinə cavab verdi

23 Dec 2025, 15:42 1 baxış
Çin Zelenskinin sanksiya hədələrinə cavab verdi
Ukrayna Prezidenti Volodimir Zelenskinin Çin vətəndaşlarına və şirkətlərinə qarşı sanksiyalar tətbiq etməklə bağlı hədələrinə bu ölkənin Xarici İşlər Nazirliyi (XİN) reaksiya verib. Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, XİN rəsmisi Lin Tszyan rəsmi Kiyevi səhv mövqe nümayiş etdirməkdə ittiham edib. "Çin beynəlxalq hüququ pozan və BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmayan qanunsuz birtərəfli qadağalara davamlı olaraq qarşı çıxır", - deyə diplomat bildirib. Qeyd edək ki, dünən Zelenski Rusiyanın hərbi sənayesində fəaliyyət göstərən Çin vətəndaşlarına qarşı sanksiyalar elan edib. Məhdudiyyətlər ilin sonuna qədər tətbiq olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər