Digər
Ukrayna Rusiyanın 621 PUA və raketini vurdu
Ukrayna ordusu Rusiya tərəfindən Ukraynaya atılan 621 hava hədəfini vurub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu hücum zamanı 38 raketdən və 635 müxtəlif tipli PUA-dan istifadə edib:
“Hücumda 635 PUA (bunlardan 400-ü “Şahid”dir), üç ədəd X-47M2 “Xəncər” aeroballistik raketi, 35 X-101 və İsgəndər-K qanadlı raketlərindən istifadə olunub. 587 PUA, 34 X-101 və “İsgəndər-K” qanadlı raketləri məhv edilib”.
Mənbə
axar.az