Dünya
"Qarabağ"ın rəqibi 75 milyon avroya hücumçu alır
"Liverpul" "Bornmut"un hücumçusu Antuan Semenyonu transfer etmək niyyətindədir. Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Məlumata görə, "Liverpul" əsas hücumçusu Aleksander İsakın zədə səbəbindən uzun müddət oynamayacağı səbəbindən sözügedən forvardı almaqda maraqlıdır. "Bornmut"un hücumçusunun transfer qiymətinin təxminən 75 milyon avro olduğu bildirilir. Semenyonun keçidinin qış transfer pəncərəsi müddətində baş tutacağı gözlənilir. Futbolçu bu mövsüm 17 matçda meydana çıxıb, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibidir. Ağdamı təmsil edən klub İngiltərə təmsilçisi ilə yanvarın 29-da səfərdə qarşılaşacaq. Altı turdan sonra "Liverpul" 12 xalla 9-cu, "Qarabağ" 7 xalla 22-ci yerdədir.
Mənbə
oxu.az