Dünya

Tramp "F-35" istehsalçılarını tənqid etdi

23 Dec 2025, 12:38 1 baxış
Tramp "F-35" istehsalçılarını tənqid etdi
ABŞ Prezidenti Donald Tramp beşinci nəsil "F-35" qırıcı təyyarələrinin istehsalçılarını tənqid edib. Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Tramp Florida ştatındakı Mar-a-Laqo malikanəsində çıxışı zamanı danışıb. Onun tənqidinə səbəb qırıcı təyyarələrin ABŞ-yə və müttəfiqlərinə çatdırılma sürətinin yetərli olmaması olub. "Çox insan var ki, "F-35" əldə etmək istəyir, onların müttəfiqlərimizə və ya bizə çatdırılması isə çox vaxt aparır. Onların çatdırılmanı sürətləndirməsinin yeganə yolu yeni zavodların tikilməsidir", - deyə Tramp qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər