Digər
ABŞ-a Ukrayna ilə bağlı sualımız var - Ryabkov
Rusiyanın hələ də ABŞ-a Ukrayna ilə bağlı ciddi sualları var, lakin Tramp administrasiyası düzgün istiqamətdə bir sıra addım atıb.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Bu yaxınlarda yayımlanan ABŞ Milli Təhlükəsizlik Strategiyası NATO-nun sonsuz genişlənməsinin məqsədəuyğun olmaması məsələsini açıq şəkildə ortaya qoyub. Bu, heç də o demək deyil ki, bizim Amerika üçün, o cümlədən Ukrayna kontekstində ciddi suallarımız yoxdur. Lakin yuxarıda göstərilənləri düzgün istiqamətdə atılan əhəmiyyətli addımlar kimi qəbul etməmək ədalətsizlik olardı”, - o bildirib.
Mənbə
axar.az