Digər

Səbuhi Rzayev: "Azyaşlıların sosial mediadan istifadəsinin qarşısını almaq istiqamətində müəyyən addımlar atılsa, yaxşı olar"

22 Dec 2025, 16:22 1 baxış
Səbuhi Rzayev: "Azyaşlıların sosial mediadan istifadəsinin qarşısını almaq istiqamətində müəyyən addımlar atılsa, yaxşı olar"
"Media savadlılığı anlayışının ayrıca fənn kimi deyil, digər fənlərlə inteqrasiyalı şəkildə tədris olunmasının tərəfdarıyıq". Oxu.Az xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Səbuhi Rzayev "Rəqəmsallaşma, süni intellekt və media savadlılığı" mövzusunda keçirilən konfrans çərçivəsindəki müzakirələr zamanı deyib. O bildirib ki, media savadlılığı məhz məktəbdən başlayır: "Bu sahənin ayrıca fənn kimi deyil, digər fənlərlə əlaqəli tədrisinin tərəfdarıyıq. Məktəblərdə bu istiqamətdə də addımlar atırıq. Məsələn, aşağı yaş qrupları üzrə həyat bilgisi fənnində. Yuxarı siniflər üçün isə Azərbaycan dilində oxuyub-anlama, tarix fənnində isə keçmişdə baş verən proseslərin ictimai-siyasi hadisələrə təsirinin təhlili istiqamətində addımlar atılır". Qurum rəsmisi bildirib ki, şagirdlərin oxuyub-anlama bacarıqlarının artırılması üçün işlər görülür: "Bu çərçivədə də lazım gəldikdə dərsliklərə dəyişikliklər edilir". O, həmçinin qeyd edib ki, Azərbaycanda azyaşlıların sosial mediadan istifadəsinin qarşısını almaq istiqamətində müəyyən addımlar atılsa, yaxşı olar: "Bəzən istifadəçi yaşını səhv yazmaqla qeydiyyatdan keçə bilir. Mən bunu təmsil etdiyim qurumun adından yox, bir valideyn kimi tədbirdə iştirak edən millət vəkillərindən xahiş edirəm. Bəzi dünya ölkələrində azyaşlıların sosial mediadan istifadəsinə məhdudiyyətlər tətbiq olunub. Yaxşı olardı ki, sözügedən istiqamətdə bizdə də addımlar atılsın". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər