Dünya
Dünyanın ən soyuq yaşayış yeri Rusiyada qeydə alındı
Yakutiya (Rusiya Federasiyası) son 24 saat ərzində Yer kürəsinin ən soyuq yaşayış yeri olub. Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, ən aşağı temperatur Pokrovskda qeydə alınıb və -51,7°C təşkil edib. Suxan meteoroloji stansiyasında -49,4°C, Krest-Xalcay kəndində isə -48,7°C temperatur qeydə alınıb.
Mənbə
oxu.az