Dünya

Türkiyədə dəhşətli qəza: Azərbaycanəsilli sürücünün idarə etdiyi ətir daşıyan yük maşını aşıb - Foto

02 Oct 2026, 13:08 2 baxış
Türkiyədə dəhşətli qəza: Azərbaycanəsilli sürücünün idarə etdiyi ətir daşıyan yük maşını aşıb - Foto
Türkiyənin Düzce bölgəsində ətir daşıyan yük maşını aşıb. Bu barədə Oxu.Az "Milliyet" nəşrinə istinadən məlumat verir. Məlumata görə, azərbaycanəsilli Anar adlı şəxsin idarə etdiyi 07-ZB-253 dövlət nömrə nişanlı yük maşını magistralın Ankara istiqamətindəki Gölyaka ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində dəmir arakəsməyə çırpılaraq aşıb. Sürücü yüngül xəsarətlər alıb. Sağlamlıq qrupları hadisə yerində sürücüyə tibbi yardım göstəriblər. Jandarm yük maşınından sızan maddənin təhlükəli ola biləcəyindən şübhələnib və vəziyyəti AFAD-a (Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi) bildirib. Düzceyə gedən AFAD qrupları ölçü cihazları ilə araşdırmadan sonra sızan maddənin zərərli olmadığını müəyyən edib və zəruri tədbirlər görüb. Qəza səbəbindən magistralın hər iki istiqamətində bir zolaq bağlanıb. Yük maşını kranın köməyi ilə çıxarılıb və daha sonra yolda hərəkət normala qayıdıb.
{{gallery}}
Türkiyədə dəhşətli qəza: Azərbaycanəsilli sürücünün idarə etdiyi ətir daşıyan yük maşını aşıb - Foto Türkiyədə dəhşətli qəza: Azərbaycanəsilli sürücünün idarə etdiyi ətir daşıyan yük maşını aşıb - Foto Türkiyədə dəhşətli qəza: Azərbaycanəsilli sürücünün idarə etdiyi ətir daşıyan yük maşını aşıb - Foto Türkiyədə dəhşətli qəza: Azərbaycanəsilli sürücünün idarə etdiyi ətir daşıyan yük maşını aşıb - Foto Türkiyədə dəhşətli qəza: Azərbaycanəsilli sürücünün idarə etdiyi ətir daşıyan yük maşını aşıb - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər