Dünya
Ukrayna dronları Rusiyanın iki "Su-27" təyyarəsini məhv etdi
Ukraynanın pilotsuz uçuş aparatları Belbekdəki (Krım) Rusiya hərbi aerodromuna hücum edib. Oxu.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb. Hücum nəticəsində iki "Su-27" təyyarəsi məhv edilib. UTX-nin "Alfa" Xüsusi Əməliyyat Mərkəzinin uzaqmənzilli pilotsuz uçuş aparatları Krımdakı Belbek aerodromunda iki "Su-27" təyyarəsini məhv edib", - deyə məlumatda bildirilir. Məhv edilmiş təyyarələrdən biri döyüş hücumuna hazır vəziyyətdə imiş.
Mənbə
oxu.az