Dünya

ABŞ Suriyada bəzi əraziləri bombaladı

20 Dec 2025, 08:04 1 baxış
ABŞ Suriyada bəzi əraziləri bombaladı
ABŞ "Hawkeye Strike" əməliyyatı çərçivəsində Suriyada "İslam dövləti" (İŞİD) mövqelərinə zərbələr endirib. Oxu.Az-ın məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset bildirib. Əməliyyat dekabrın 13-də Palmira rayonunda Suriya-Amerika patrul xidmətinə qarşı törədilmiş hücuma cavab olub. Hücum zamanı üç nəfər - iki əsgər və bir tərcüməçi həlak olub. Birləşmiş Ştatların məqsədi İŞİD döyüşçülərini, infrastrukturunu və silah anbarlarını məhv etmək olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər