Dünya

Süni intellekt "həmkarları" tərəfindən yaradılan video və fotoları müəyyən etməyi öyrənib

20 Dec 2025, 07:48 1 baxış
Süni intellekt "həmkarları" tərəfindən yaradılan video və fotoları müəyyən etməyi öyrənib
"Google" şirkəti süni intellekt modelləri tərəfindən yaradılan foto və videoməzmunu tanımaq üçün "Gemini" çatbotuna xüsusi vasitə əlavə edib. Oxu.Az bu barədə "The Verge" resursuna istinadən xəbər verir. Məlumata görə, yeni vasitə "SynthID" rəqəmsal nişanına əsaslanır. Artıq "Gemini" istifadəçiləri şəkil və ya videonu yükləyə, onun süni intellekt mənşəyinin təsdiqlənməsini tələb edə bilərlər. Şirkətin məlumatına görə, "Gemini" vizual loqotiplərin silindiyi və ya kəsildiyi hallarda belə, süni intellekt tərəfindən yaradılan məzmunu müəyyən edə bilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər