Dünya

Çinli kuryer beş ilə 160 min dollar topladı

20 Dec 2025, 06:48 1 baxış
Çinli kuryer beş ilə 160 min dollar topladı
Çində kuryer beş il ərzində 1.12 milyon yuan (təxminən 160 000 dollar - red.) pul toplaması ilə gündəmə gəlib. Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. Məlumata görə, 25 yaşlı Çjan Syuetsyanq 2020-ci ildə Şanxaya kuryer işləmək üçün gəlib. "Həftənin yeddi günü, gündə 13 saat işləyirəm. Yatmaq və yeməkdən başqa, qalan vaxtımı müştərilərə yemək çatdırıram", - deyə Çjan bildirib. Onun iş günü səhər saat 10:40-da başlayır və gecə saat 1-də bitir. O, gündə 8.5 saat yatır. Çinli hər il yalnız Bahar Festivalı zamanı cəmi bir neçə gün məzuniyyətə çıxır. Çjan ayda hər biri orta hesabla təxminən 25 dəqiqə çəkən 300-dən çox sifariş çatdırır. Ümumilikdə, o, indiyədək kuryer kimi 320 000 km yol qət edib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər