Dünya
Marko Rubio: "Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qərar Moskva və Kiyev tərəfindən veriləcək"
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qərar Vaşinqton deyil, Moskva və Kiyev tərəfindən veriləcək. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio mətbuat konfransında bildirib. O, qeyd edib ki, münaqişələr ümumiyyətlə iki yoldan biri ilə başa çatır: Bir tərəfin təslim olması və ya danışıqlar yolu ilə nizamlanma. "Nəticə etibarilə, qərar ABŞ deyil, Ukrayna və Rusiya arasında qəbul ediləcək", - Rubio vurğulayıb. O, həmçinin əlavə edib ki, ilin sonunadək münaqişənin bitəcəyinə inanır. Belə ki, danışıqlarda irəliləyiş əldə edilib, lakin hələ gediləsi uzun yol var. Dövlət katibi qeyd edib ki, razılaşma üçün hər iki tərəfin ciddi güzəştlərə getməsi vacibdir. Rubio, həmçinin dekabrın 20-də Floridada Ukrayna tərəfi ilə danışıqlarda iştirakını da istisna etməyib.
Mənbə
oxu.az