Dünya
KİV: Pentaqon ardıcıl səkkizinci ildir auditdən keçə bilmir
ABŞ-nin Müharibə Nazirliyi ardıcıl səkkizinci dəfə auditdən keçə bilməyib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Müharibə naziri Pit Heqsetin sözlərinə görə, Pentaqon onilliklərdir davam edən münaqişələr, hərbi-sənaye bazasına laqeyd yanaşma və nəzarətsiz xərclər səbəbindən artan milli borcla bağlı problemləri həll edə bilmir. Qeyd edək ki, 2018-ci ildə ABŞ Konqresi bütün dövlət qurumları üçün auditlər aparmasını tələb edib. Pentaqondakı yoxlamalar məhz həmin ildən başlanıb.
Mənbə
oxu.az