Cəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

17 Dec 2025, 21:48 1 baxış
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Culfa şəhərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə Culfa Rayon İcra Hakimiyyətindən bildirilib. "Dekabrın 18-də Culfa şəhərində elektrik enerjisinin verilişində 3 saatlıq fasilə olacaq. Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 nömrəli (Neft bazası-FHN) və 7 nömrəli (Şəhər) hava xətlərində aparılacaq təmir işləri və yeni yarımstansiyaya qoşulma ilə əlaqədar saat 10:00-dan 13:00-dək şəhərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq", - məlumatda qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər