Cəmiyyət
Belarus səfiri: "Naxçıvana səfər etmək arzusundayam"
"Naxçıvana səfər etmək arzusundayam". Oxu.Az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib. Səfir dəfələrlə Şahdağ, Qusar, Quba, Xaçmaz, Lənkəran, Şəki və Şamaxıya səfər etdiyini deyib. O, bəzi bölgələrdə Belarusa aid layihələrin də olduğunu diqqətə çatdırıb: "Xüsusilə Naxçıvana səfər etmək arzusundayam. Ora olduqca maraqlı regiondur". O, ötən il ərzində Qarabağa yeddi dəfə səfər etdiyini də açıqlayıb: "Bunu xüsusi vurğulayıram, çünki qısa zaman kəsiyində Dirçəliş və Böyük Qayıdış proqramlarının necə həyata keçirildiyini yerində görmək bir çox səfir üçün nadir fürsətdir. Şuşada və Ağdamda gördüyümüz işlər həqiqətən də yüksək temp, intensivlik və dərinliyi ilə seçilən infrastruktur dirçəlişinin bariz nümunəsidir. Mən xüsusilə tikinti və infrastruktur layihələrinin miqyasına heyranam. Bununla yanaşı, Qarabağ Universitetini və onun filiallarını görmək də mənim üçün əhəmiyyətli hadisə idi. Bu ali təhsil ocaqları torpaqlara qayıdışın mühüm göstəricisidir". Töhfə Səməd
Mənbə
oxu.az