Cəmiyyət

Taleh Kərimli: "IDDA Awards" müsabiqəsinə səkkiz nominasiya üzrə 162 nəfər müraciət edib"

17 Dec 2025, 17:58 1 baxış
Taleh Kərimli: "IDDA Awards" müsabiqəsinə səkkiz nominasiya üzrə 162 nəfər müraciət edib"
"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) hər il keçirdiyi "IDDA Awards" müsabiqəsinə səkkiz nominasiya üzrə 162 nəfər müraciət edib". Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan "IDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimində İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli deyib. O bildirib ki, bu müsabiqədə iştirakçıların bilik və bacarıqları, gördükləri işləri qiymətləndirilir: "Müraciətlər iki mərhələdə dəyərləndirilib. Bunlardan birincisində ictimai səsvermə yolu ilə vətəndaşlar səs veriblər. İkincisində isə 24 nəfərdən ibarət münsiflər heyəti tərəfindən onların bilik və bacarıqları dəyərləndirilib. Bu gün qaliblər elan olunurlar. Qaliblərə İRİA tərəfindən hədiyyə plaketləri və digər hədiyyələr təqdim olunacaq". Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan "IDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı, startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Xatırladaq ki, "IDDA Awards" Azərbaycanda innovasiyaların təşviqinə, startaplar tərəfindən yaradılan qabaqcıl texnoloji həllərin tanıdılmasına və innovativ layihələrin həm dövlət, həm də özəl sektorda tətbiqinin stimullaşdırılmasına xidmət edən mühüm platformadır. Müsabiqədə iştirak edən və xüsusilə də qalib olan layihələr üçün ekosistemdə tanınmaqla yanaşı, şəbəkələşmə və yeni tərəfdaşlıqların qurulması baxımından geniş imkanlar yaranır. Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər