Cəmiyyət

Baş nazirdən sərəncam: İkili diplom proqramları...

17 Dec 2025, 17:02 1 baxış
Baş nazirdən sərəncam: İkili diplom proqramları...

Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiqlənib.


Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.










































Sıra


№-si



Tədbirin adı



İcraçı orqanlar



İcra müddəti



1.



Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ölkənin inkişafı üçün prioritet olan sahələrə aid ixtisaslar üzrə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili



Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları



2025-2030



2.



Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması



Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları



2026-2030



3.



Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili



Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları



2025-2030



4.



Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi çərçivəsində elmi- tədqiqatların, Azərbaycan alimlərinin elmi məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərcinin təşviq edilməsi



Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları



2026-2030



5.



Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilən əcnəbi və yerli professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyətinin monitorinqi və tədris prosesinin nəticələrinin qiymətləndirilməsi



Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları



mütəmadi



2






























6.



Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramları çərçivəsində dövlət vəsaiti və ya öz vəsaiti hesabına təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılması, proqramların gələcək


dayanıqlılığına dair mexanizmin hazırlanması



Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları



mütəmadi



7.



Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının icrasına, o cümlədən maliyyə vəsaitlərinin xərclənməsinə dair monitorinqlərin keçirilməsi



Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu



mütəmadi



8.



Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin təhsil proqramlarının yenilənməsi və təkmilləşdirilməsi işinə cəlb edilməsi



Elm və Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları



2026-2030



9.



Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor- müəllim heyəti ilə bağlı məlumatların idarə olunması məqsədilə ali təhsil müəssisələri ilə birgə yaradılmış elektron məlumat bazasının yenilənməsi



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları



mütəmadi


Mənbə axar.az

Oxşar Xəbərlər