Cəmiyyət

Taliyə İbrahimova: "Ailə vəzifələri olan işçilərlə əmək müqaviləsinə xitam verilməsi cinayət əməli sayılmalıdır"

17 Dec 2025, 16:48 1 baxış
Taliyə İbrahimova: "Ailə vəzifələri olan işçilərlə əmək müqaviləsinə xitam verilməsi cinayət əməli sayılmalıdır"
"Cinayət Məcəlləsinin 164-cü maddəsində hamilə qadınlarla, himayəsində üç yaşınadək uşağı olan şəxslərlə, eləcə də üç yaşınadək uşağı təkbaşına böyüdən atalarla əmək müqaviləsinə xitam verilməsi qadağan olunur və bu əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulur. Təklif edirik ki, növbəti mərhələdə bu kateqoriyalar genişləndirilsin və ümumilikdə ailə vəzifələri olan işçilərlə əmək müqaviləsinə xitam verilməsinə görə cinayət məsuliyyəti müəyyən edilsin". Oxu.Az xəbər verir ki, bunu dekabrın 17-də Milli Məclisinin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. "Bu, Əmək Məcəlləsində nəzərdə tutulan normaları daha da gücləndirərdi", - deyə qurum rəsmisi əlavə edib. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər