Cəmiyyət
Taliyə İbrahimova: "Qanunda "ayrı-seçkilik" termininin nələri ehtiva etməsi də əksini tapmalıdır"
"İşəgötürənin işçiyə qarşı dolayı və ya birbaşa ayrı-seçkiliyə yol verməməsinə dair qanunvericiliyə yeni - müvafiq termin əlavə olundu. Amma yaxşı olardı ki, "ayrı-seçkilik" dedikdə onun konkret nələri ehtiva etməsi ilə bağlı anlayış da əksini tapsın". Oxu.Az xəbər verir ki, bunu dekabrın 17-də Milli Məclisinin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. Qurum rəsmisi bildirib ki, əks halda qanunun tətbiqində ciddi problemlər yaranacaq: "Ona görə də bu anlayışın olması çox önəmlidir" Mərahim Nəsib
Mənbə
oxu.az