Cəmiyyət

Naxçıvandan gələnlər Biləsuvar gömrük postunda saatlarla soyuqda gözləyirlər - NƏ BAŞ VERİR?

17 Dec 2025, 12:16 16 baxış
Naxçıvandan gələnlər Biləsuvar gömrük postunda saatlarla soyuqda gözləyirlər - NƏ BAŞ VERİR?
Naxçıvandan gələn sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda gözləmək məcburiyyətində qalıblar. Oxu.Az-ın məlumatına görə, bununla bağlı video çəkən sərnişin qeyd edib ki, saatlardır soyuq havada gözləyirlər. O, təxminən 5-in yarısından etibarən bu acınacaqlı vəziyyətlə üz-üzə qaldıqlarını bildirib: "Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkirlər. Məlumat verilmir, səbəbini bilmirik". Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlanıb.

Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər